DİN: "Açıq havada maskanın məcburi olacağı ilə bağlı məlumatlar yanlışdır"

DİN: "Açıq havada maskanın məcburi olacağı ilə bağlı məlumatlar yanlışdır"
6 Sentyabr 2021
Mətni dəyiş

Daxili İşlər Nazirliyi (DİN) növbəti həftələrdə açıq havada maskanın məcburi olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

O, hələlik Nazirlər Kabineti yanında Operativ Qərargahın belə bir qərarının olmadığını deyib.

Qeyd edək ki, bəzi sosial media platformalarında növbəti həftələrdən açıq havada maskanın məcburi olması ilə bağlı məlumatlar yayılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun