Danimarkada bütün antikovid qadağaları ləğv olundu

Danimarkada bütün antikovid qadağaları ləğv olundu
10 Sentyabr 2021
Mətni dəyiş
Danimarka ölkə daxilində koronavirusa qarşı mübarizə ilə bağlı tətbiq edilən bütün məhdudiyyətləri ləğv edib. Bu barədə məlumatı “İnterfaks” yayıb. Məlumata əsasən, Danimarka Avropa İttifaqı ölkələri sırasında bu addımı atan ilk ölkə olub. Qeyd olunur ki, sentyabrın 10-dan Danimarkada qüvvədə olan son məhdudiyyət də ləğv edilib. Sözügedən bu məhdudiyyət çərçivəsində gecə klublarına daxil olmaq istəyən şəxslər mütləq şəkildə COVID-19 pasportu təqdim etməli idilər. Digər məkanlar, xüsusilə də restoran və idman zalları üçün bu qayda hələ sentyabrın 1-dən ləğv edilib. Danimarka KİV-nin məlumatına görə, ölkə pandemiyadan əvvəlki həyata qayıdıb. Belə ki, ölkə vətəndaşları maska taxmırlar, ofislər işçilər ilə doludur, məktəb və universitetlər isə tam gücü ilə çalışır. Bununla yanaşı, sentyabrın 11-i Kopenhagendə Avropada ilk nəhəng konsert keçiriləcək və burada təqribən 50 min izləyicinin iştirak edəcəyi gözlənilir. Buna baxmayaraq, digər ölkələrdən Danimarkaya gələn şəxslər ya vaksinasiya barədə sənəd, ya da mənfi PCR test təqdim etməlidirlər. Hava limanlarında isə maska taxmaq məcburidir. Qeyd edək ki, Danimarka əhalisinin 70%-dən çoxu koronavirusa qarşı tam vaksinasiya olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun