Cari tədris ilindən Azərbaycanda təhsil tələbə krediti veriləcək

Cari tədris ilindən Azərbaycanda təhsil tələbə krediti veriləcək
7 Sentyabr 2021
Mətni dəyiş

"Tələbələr bu tədris ilində təhsil tələbə krediti ala biləcəklər".

Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

O bildirib ki, tələbələrin qeydiyyatı bitdikdən sonra Təhsil Nazirliyi bu prosesə start verəcək. Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq.

Sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun