Ramiz Göyüşov YAP-dan qovuldu - [Yenilənib]

Ramiz Göyüşov YAP-dan qovuldu - [Yenilənib]
10 Sentyabr 2021
Mətni dəyiş
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir. İclasda YAP Binəqədi Rayon Təşkilatının sədr əvəzi Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi ilə bağlı qərar verilib. ***** Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək. Toplantıda bütün rayon təşkilatlarına sədrlər seçiləcək. Bundan əlavə, YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə də baxılacaq. Onun partiyadan uzaqlaşdırılmasına səbəb sosial şəbəkələrdə intim görüntülərinin yayılmasıdır. Partiyadan verilən açıqlamada qeyd olunub ki, bu əxlaqsızlıqdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun