Britaniya kəşfiyyatı yeni “11 sentyabr” barədə xəbərdarlıq edib

Britaniya kəşfiyyatı yeni “11 sentyabr” barədə xəbərdarlıq edib
12 Sentyabr 2021
Mətni dəyiş
ABŞ qoşunlarının Əfqanıstandan çıxması 2001-ci ildəki 11 sentyabr terrorunun təkrarlanması riskini artırır. “The Times”-ın məlumatına görə, bunu Britaniya əkskəşfiyyatının rəhbəri Ken Makkallum bəyan edib. MI5 xidmətinin rəhbəri Vaşınqtonun bu qərarının islam ekstremistlərini ruhlandırdığını bildirib. Onun sözlərinə görə, söhbət yalnız mənəvi ruh yüksəkliyinin artmasından getmir. Belə ki, ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra terror qruplaşmaları yenidən bölgədə toplaşa və daha dəhşətli planlar hazırlaya bilərlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun