“Bluetooth”u dəstəkləyən cihazlar təhlükə qarşısındadır

“Bluetooth”u dəstəkləyən cihazlar təhlükə qarşısındadır
8 Sentyabr 2021
Mətni dəyiş
“Bluetooth”u dəstəkləyən çox sayda smartfon, noutbuk və bu kimi cihazlar təhlükə qarşısındadır. “RİA Novosti” bildirir ki, məlumatların ötürülməsi texnologiyasının protokolunda ciddi çatızmazlıq aşkarlanıb. Sinqapur Texnoloji Universiteti mütəxəssisləri tərəfindən üzə çıxarılan bu fenomenə “BrakTooth” adı verilib. Alimlərin sözlərinə görə, 1400 smartfon, noutbuk, klaviatura və ya qulaqcıq modelləri onun mənfi təsirinə məruz qala bilər. “BrakTooth”dan istifadə edərək hakerlər cihazdan bir çox məlumatları silə bilərlər. Ekspertlər istehsalçıları tez bir zamanda bu qüsuru aradan qaldırmağa çağırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun