Bayden '11 Sentyabr' terroruna dair məxfi sənədlərin açılması ilə bağlı qərar imzalayıb

Bayden '11 Sentyabr' terroruna dair məxfi sənədlərin açılması ilə bağlı qərar imzalayıb
4 Sentyabr 2021
Mətni dəyiş
ABŞ prezidenti Co Bayden 11 sentyabr terror aktı ilə bağlı Federal Təhqiqatlar Bürosunun araşdırmalarına əsaslanan və indiyə qədər gizli olan sənədlərin üzərində məxfilik qrifinin götürülməsini nəzərdə tutan qərar imzalayıb. Bu barədə Ağ Ev açıqlama yayıb. Məlumata görə, Prezidentin imzaladığı sənədlə Ədliyyə Nazirliyi və digər əlaqədar qurumlara 11 sentyabr hücumları ilə bağlı sənədlərin açıqlanması üçün çalışmalara başlamaq təlimatı verilib. Qərara əsasən bu məlumatlar altı ay içərisində ictimaiyyətə açıqlanmalıdır. 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" terrorçuları tərəfindən qaçırılan iki təyyarə Nyu-Yorkdakı əkiz qüllələr kimi tanınan Dünya Ticarət Mərkəzi binalarına çırpılıb. Daha bir təyyarə isə Pentaqonun üzərinə düşüb. Terror aktı 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun