AXCP fəalı karserə salınıb

AXCP fəalı karserə salınıb
9 Sentyabr 2021
Mətni dəyiş
17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayev (Əlizamin Salayev kimi tanınır) karserə salınıb. Bu barədə Turan-a “Müdafiə Xətti” QHT-dən bildiriblər. Mənbənin məlumatına görə, Salayevə əfv ərizəsi yazmaq təklif edilib. O imtina etdikdə, qalan cəza müddətini cəzaçəkmə müəssisəsində keçirəcəyi ilə hədələnib. Daha sonra o, fiziki təzyiqə məruz qalıb və karserə salınıb. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Salayev 2020-ci il aprelin 20-də Salyan rayon məhkəməsi tərəfindən mühakimə edilib və yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir” ittihamı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İddiaya Salayevin internetdə yaydığı, polislə söhbətində onu 21 yaşlı yerli sakini onunla birgə yaşamağa təhrik etməkdə ittiham etdiyi videogörüntü səbəb olub. Avqustun 6-da yerli məhkəmə onun cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında müraciətini təmin etməyib. Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun