Avropada qazın qiyməti tarixdə ilk dəfə 1000 kubmetrə görə 1000 dolları ötüb

Avropada qazın qiyməti tarixdə ilk dəfə 1000 kubmetrə görə 1000 dolları ötüb
28 Sentyabr 2021
Mətni dəyiş
Avropada qazının qiyməti ICE birjasındakı son göstəricilərə görə, tarixdə ilk dəfə min kubmetrə görə 1000 dolları ötüb. Bundan əvvəlki tarixi maksimum 2018-ci ilin martında qeydə alınmışdı – min kubmetrə görə 969 dollar. Payızda qaz qiymətlərinin artması fonunda Avropa Birliyinə üzv bir çox ölkə rəsmiləri qaz və elektrik enerjisinin tariflərinin məhdudlaşdırılması üçün təcili tədbirlər almağa başlayıblar. Avropa Parlamenti qiymətlərin qalxmasında “Qazprom”-un əli olduğundan şübhələnsə də, Rusiya şirkəti bildirib ki, tədarük həcmini artırmağa çalışır. Kremldə hesab edirlər ki, “Şimal axını-2”-nin işə salınması ilə qiymətlər balanslaşacaq. Bu yaxınlarda Budapeşt “Qazprom”la yeni 15 illik qaz təchizatı müqaviləsi imzalayıb. Razılaşmanın şərtlərinə görə, Macarıstan hər il 4,5 milyard kubmetr qaz alacaq: 3,5 milyard kubmetr Serbiyadan (“Türkiyə axını” qaz kəməri vasitəsilə) və 1 milyard kubmetr Avstriyadan. Ukrayna XİN bildirib ki, Macarıstanın Ukraynadan yan keçərək qaz tədarükü ilə bağlı danışıqlar aparmaq qərarına “heyrət ediblər və məyus olublar” Daha əvvəl “Şimal axını-2” ilə bağlı müqavilə ABŞ və Almaniya tərəfindən imzalanıb. Razılaşma heç bir əlavə ABŞ sanksiyaları olmadan rus qaz kəmərlərinin tikintisinin başa çatdırılmasına imkan verəcək. Ukrayna və Polşa bu müqaviləyə etiraz edərək onun Ukrayna və Mərkəzi Avropaya əlavə siyasi, hərbi və enerji təhlükəsi yaratdığını bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun