Avropa Məhkəməsi: Polşa hökuməti homoseksual anaya qarşı ayrı-seçkilik edib

Avropa Məhkəməsi: Polşa hökuməti homoseksual anaya qarşı ayrı-seçkilik edib
17 Sentyabr 2021
Mətni dəyiş
Polşa hökuməti homoseksual münasibətlərə başladıqdan sonra uşaqlarının vəlayəti əlindən alınan anaya təzminat ödəməli olacaq. Bu barədə Avropa İnsan Haqları Məhkəməsinin məsələ ilə bağlı qərarında qeyd edilib. Avropa İnsan Haqları Məhkəməsi çərşənbə günü aldığı qərarda bildirib ki, Varşava homoseksual münasibətlərə başlayan qadına qarşı ayrı-seçkilik edib. 1970-ci il təvəllüdlü iddiaçı qadın dörd övladı üzərində qəyyumluğu itirdikdən sonra Strasburq apellyasiya məhkəməsinə müraciət edib. O, ilk dəfə 2005-ci ildə 12 illik həyat yoldaşından boşandıqdan sonra tam qəyyumluq almışdı. Amma həyat yoldaşı 2006-cı ilin oktyabrında vəlayət hüquqlarının dəyişdirilməsi üçün müraciət edib. Onun başqa bir qadınla münasibətinin başlaması ortaya çıxanda Polşa rayon məhkəməsi qərarı ləğv edib. Adı açıqlanmayan qadın hər zaman övladlarının əsas himayəçisi olduğunu bildirərək apellyasiyaya müraciət edib, lakin 2008-ci ilin yanvarında məhkəmə iddianı rədd edib. Daha sonra 2009-cu ilin iyununda rayon məhkəməsinin hakimi uşağın atasının "kişi rol modelinin yaradılmasında daha çox rolu" olduğunu bildirərək ən kiçik uşağın qəyyumluğu üçün ananın ərizəsini geri çevirib. Onun ikinci şikayəti də regional məhkəmə tərəfindən rədd edilib. AİHM qeyd edib ki, regional məhkəmənin hakimi məhkəmə zalında tək oturub və o, qadının qərarlarının dəstəkləməyən valideynləri ilə "yaxından tanış olub". "Ərizəçinin cinsi oriyentasiyası və başqa bir qadınla əlaqəsi məhkəmə prosesinin hər mərhələsində və hər yerdə daim müzakirə mərkəzində olub", AİHM hakimlərinin qərarında deyilir. Strasburq məhkəməsi iddiaçının cinsi oriyentasiyasına əsaslanaraq "onunla hər hansı digər valideyn arasında yanaşma fərqi" olduğunu bildirib. Buna görə də altı AİHM hakimi Polşa məhkəməsinin qadının 14-cü maddədəki şəxsi həyata və ailə həyatına hörmət haqqını və 9-cu maddədə ayrı-seçkiliyə uğramamaq hüququnu pozduğu haqda ortaq qərara gəlib. Polşalı bir hakim qərarın əleyhinə səs verib. Nəticədə Polşa hökumətinin qadına 10 min avro məbləğində təzminat ödəməsi haqda qərar qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun