Avropa İttifaqının hərbi bölməsi yaradılır

Avropa İttifaqının hərbi bölməsi yaradılır
8 Sentyabr 2021
Mətni dəyiş

Avropa Parlamentindəki ən böyük fraksiya - Avropa Xalq Partiyası təşkilatın öz hərbi bölməsini yaratmaq təklifi ilə çıxış edib.

Bu barədə partiyanın tvitter səhifəsində məlumat yayılıb.

Məlumata görə, böhran vəziyyətində ilkin addımlar ata biləcək çevik hərbi bölmənin yaradılması zərurətə çevrilib. Hazırda Avropa İttifaqına üzv dövlətlər üçün müvafiq təkliflər hazırlanır.

İlkin ehtimallara görə, birləşməyə 5-20 min hərbçi daxil olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun