Avropa Birliyi: "Taliban"ın qələbəsi Qərbin aşkar məğlubiyyətidir"

Avropa Birliyi: "Taliban"ın qələbəsi Qərbin aşkar məğlubiyyətidir"
1 Sentyabr 2021
Mətni dəyiş

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel İspaniyanın "Onda Cero" radiostansiyasına müsahibəsində deyib ki, “Taliban”ın Əfqanıstandakı qələbəsi Qərbin aşkar məğlubiyyətidir, bundan nəticə çıxarmaq və dünyanın başqa bölgələrində analoji hadisələrin baş tutmasına yol verməmək lazımdır. 

“Baş verənlər ilk növbədə Avropa üçün, bizim dəyərlərimizi qəbul etmək istəməyən coğrafiya ilə necə münasibətlər qurmalı olduğumuza dair müfəssəl dərsdir”, - deyə Borrel vurğulayıb.

Onun sözlərinə görə, Əfqanıstan on gün deyil, on il ərzində itirilib, çünki Qərb ölkələri “müasir dövlətin əsaslarını yaratmağa kömək edə bilməyiblər”. O, prezident Baydenin Əfqanıstandakı əməliyyatın hədəfinin əvvəldən terrorizmlə mübarizə olması fikri ilə razılaşmayıb. Borrel hesab edir ki, məqsəd həm də insan hüquqlarına hörmət edən institutlara malik müasir cəmiyyətin yaradılması idi.

Ali nümayəndənin fikrincə, “diplomatiyanın militarizasiyası”nın işləmədiyi və “hətta ən yaxşı siyasi ideyaların süngü üzərində gətirilmədiyi” növbəti dəfə isbat olundu.

Borrel vurğulayıb ki, AB bir institut kimi yeni rejimi tanıya və ya tanımaya bilməz, bunu ayrı-ayrı ölkələr edir: “Bugünkü gündə institutsional tanınma istisna olunur, amma taliblərlə əlaqə saxlamaq lazımdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun