Avropa Birliyi miqrantları dəstəkləmək məqsədilə Türkiyəyə əlavə 150 milyon avro ayıracaq

Avropa Birliyi miqrantları dəstəkləmək məqsədilə Türkiyəyə əlavə 150 milyon avro ayıracaq
30 Sentyabr 2021
Mətni dəyiş
Avropa Birliyi Türkiyədəki miqrantları dəstəkləmək üçün yürüdülən proqrama təxminən 150 milyon avro əlavə maliyyə ayırmağa hazırlaşır. Avropa Birliyi Şurası üzv ölkə təmsilçilərinin Birliyin 2021-ci il büdcəsində dəyişikliyə gedərək Türkiyədəki suriyalı miqrantlara əlavə humanitar dəstək verməsi ilə razılaşdıqlarını açıqlayıb. Açıqlamada Türkiyənin təxminən 3,7 milyon suriyalıya ev sahibliyi etdiyi xatırladılaraq onları dəstəkləmək üçün AB büdcəsindən 149,6 milyon avro əlavə maliyyə ayrılacağı qeyd edilib. Sözügedən qaynaqla Türkiyədəki miqrantlar üçün qaçqınlar üçün Sosial İnteqrasiya Yardımı proqramı çərçivəsində paylanan “Qızılay Kartları” maliyyələşdiriləcək. Bu proqramla Türkiyədəki 1,8 milyon miqrantın kirə, nəqliyyat, qidalanma, dərman və kommunal ödənişlər kimi əsas ehtiyaclarının qarşılanması üçün aylıq aylıq pul köçürmələri təmin edilir. Maliyyə dəstəyi Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun