Ali Rada oliqarxlar haqda qanun qəbul edib: 'Partiyaları maliyyələşdirilmək qadağandır'

Ali Rada oliqarxlar haqda qanun qəbul edib: 'Partiyaları maliyyələşdirilmək qadağandır'
23 Sentyabr 2021
Mətni dəyiş

Ukrayna Ali Radası oliqarxlar haqqında prezident qanunu qəbul edib. Sənədə 279 millət vəkili səs verib. Bu barədə Ukrayna Parlamentinin saytında məlumat paylaşılıb.

Qərarla bağlı Ali Radanın açıqlamasında deyilir ki, qanunun məqsədi siyasətçilərin, medianın və böyük biznesin birləşməsi, öz gücünü artırmaq üçün siyasi gücdən istifadə nəticəsində yaranan maraqların toqquşmasını aradan qaldırmaqdır.

'RBK Ukrayna'nın verdiyi xəbərə görə, ikinci oxunuşda sənədə 1.3 min düzəliş edilib. Ancaq ona sürətləndirilmiş prosedur əsasında baxılıb. Müxalif partiyaların deputatları Radanın tribunasını bağlayaraq qərara etiraz ediblər. Bu barədə "Ukrainskaya pravda" qeyd edib. Sənəd sentyabrda yönləndirildiyi ekspert rəyi olmadan qəbul edilib.

Oliqarxların reyestri yaradılacaq

Yeni qanun oliqarxların reyestrinin yaradılmasını nəzərdə tutur. Bu siyahıya dörd kriteriyadan üçünə cavab verən insanlar daxil ola bilər: siyasətdə iştirak edən, media üzərində əhəmiyyətli təsiri olan, monopoliyaya nəzarət edən və ya sahib olan, aktivlərinin dəyəri isə bir milyon yaşayış minimumunu aşan insanlar.

Oliqarxların reyestrinə Ukrayna Prezidenti Vladimir Zelenskinin başçılıq etdiyi Milli Təhlükəsizlik və Müdafiə Şurası nəzarət edəcək. Qanunda qeyd olunur ki, reyestrə daxil olan biznesmenlər gəlir deklarasiyası təqdim etməlidirlər. Oliqarxlara partiyaları maliyyələşdirmək və "böyük özəlləşdirmədə" iştirak etmək qadağan olunub. Həmçinin oliqarxlar və məmurlar qarşılıqlı təmasları haqda hesabat verməlidirlər.

Ukraynanın ədliyyə naziri Denis Malyuska iyun ayında iş adamı İqor Kolomoyski və Ukraynanın beşinci prezidenti Pyotr Poroşenkonun da oliqarxlar reyestrinə düşə biləcəyini söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun