Ağstafanın həbsdə olan sabiq icra başçısı ölüb - [Yenilənib]

Ağstafanın həbsdə olan sabiq icra başçısı ölüb - [Yenilənib]
8 Sentyabr 2021
Mətni dəyiş
Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin ölüm səbəbi məlum olub. O, ötən gün Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunda koronavirusdan vəfat edib. N.Quliyev 67 yaşında dünyasını dəyişib. *****

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib.

N.Quliyev sentyabrın 7-də saxlanıldığı təcridxanada ölüb.

Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.

N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun