Ərdoğanın “Rusiyadan yenə S-400 ala bilərik” sözlərinə ABŞ sanskiya xəbərdarlığı ilə cavab verdi

Ərdoğanın “Rusiyadan yenə S-400 ala bilərik” sözlərinə ABŞ sanskiya xəbərdarlığı ilə cavab verdi
27 Sentyabr 2021
Mətni dəyiş
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın CBS kanalına verdiyi müsahibədə ölkəsinin Rusiyadan ikinci partiya S-400 raketləri almağı planladığını söyləyib. Məsələyə münasibət bildirən ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü isə “Türkiyəyə Rusiyadan daha artıq hərbi sürsat almamaqla bağlı xəbərdarlıq edirik” deyib. Prezident Ərdoğan bazar günü CBS kanalının “Face the Nation” proqramında aparıcı Marqaret Brennanın “Hələ də daha bir partiya S-400 almaq fikrindəsiniz?” sualına belə cavab verib: “Bundan əvvəlki dövrdə də heç kim bizim müdafiə sistemləri ilə bağlı hansı ölkədən, nə qədər, nə alacağımıza müdaxilə edə bilməz. Bu qərarı yalnız biz verə bilərik”. Brennanın “Elə bil “bəli” deyirsiniz” sözlərinə Ərdoğan “O nə deməkdir? Əlbəttə, bəli” deyə cavab verib. Reutersin verdiyi xəbərə görə, ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Ərdoğanın bu açıqlamasına münasibət bildirib. “Türkiyəyə hər səviyyədə və hər fürsətdə S-400 sistemini əldə etməməsi və Rusiyadan yeni hərbi sürsat almaqdan çəkinməsi barədə xəbərdarlıq edirik”, deyə sözçü vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun