Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov həbsxana hospitalına yerləşdirilib

Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov həbsxana hospitalına yerləşdirilib
25 Sentyabr 2021
Mətni dəyiş
Xalq Cəbhəsi Partiyası liderinin mühafizəçisi Niyaməddin Əhmədov COVİD-19 şübhəsilə həbsxanadan Penitensiar Xidmətin xəstəxanasına köçürülüb. Bu barədə Turan-a vəkil Zibeydə Sadıqova bildirib. Vəkil həmçinin qeyd edib ki, iki gün öncə məhkəmə prosesində Əhmədov özünü pis hiss edirdi. Sentyabrın 22-də prokuror Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun