Əhməd Məsud: "Biz Pəncşirdəyik və müqavimətimiz davam edir!"

Əhməd Məsud: "Biz Pəncşirdəyik və müqavimətimiz davam edir!"
6 Sentyabr 2021
Mətni dəyiş

Pəncşirdəki müqavimət qüvvələri “Taliban” qruplaşmasının vilayəti ələ keçirməsi barədə bəyanatını təkzib edib.

Bu barədə müqavimət qüvvələrinin liderlərindən biri Əhməd Məsud "Twitter" hesabında açıqlama yayıb: "Biz Pəncşirdəyik və müqavimətimiz davam edir!"

Bundan əvvəl isə Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətini bütünlüklə nəzarəti altında aldığını elan edib.

 Bu barədə qruplaşmanın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.

“Əfqanıstanın Pəncşir vilayəti tamamilə tutulub və hərəkatın nəzarətinə keçib”, - o deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun