Zorakılığa məruz qalan qadının əri tərəfindən başı kəsilərək öldürüldüyü bildirilir

Zorakılığa məruz qalan qadının əri tərəfindən başı kəsilərək öldürüldüyü bildirilir
3 Avqust 2021
Mətni dəyiş

Dəfələrlə zorakılığa məruz qalan Sevinc Məhərrəmovanın əri tərəfindən öldürüldüyü bildirilir.

Bu barədə qadın hüquqları fəalı Gülnarə Mehdiyeva məlumat yayıb. Onun sözlərinə görə, avqustun 2-də əri qadının boğazını kəsib.

G.Mehdiyeva bildirir ki, Sevinc Məhərrəmova mart ayında feministlərin köməyi ilə evdən çıxmışdı, amma bütün zorakılıq faktlarına baxmayaraq nə polis, nə məhkəmə uşaqları anaya verməmişdi: "Nəticədə Sevinc uşaqlarına görə evə - ərinin yanına qayıtmalı oldu".

Qətli törədənin Füzuli Qarayev olduğu bildirilir.

Məlumata görə, Sevinc Məhərrəmova bu ilin mart ayında evdən qaçıb Gülnarə Mehdiyevaya müraciət edib və zorakılıqlarla bağlı lazım olan hüquqi prosedurlar başladılıb. Lakin qadının əri barədə hüquqi tədbir görülməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun