Yunanıstanda meşə yanğınlarında Afina Ticarət Palatasının rəhbəri də ölüb

Yunanıstanda meşə yanğınlarında Afina Ticarət Palatasının rəhbəri də ölüb
9 Avqust 2021
Mətni dəyiş
Yunanıstan ərazisini əhatə edən meşə yanğınları nəticəsində 2 nəfər ölüb, daha 20 nəfər yaralanıb. Bu barədə “BBC News” xəbər yayıb. Afina Ticarət Palatasının rəhbəri Konstantinos Michalosun öldürüldüyü qeyd olunur. O, yanğın yerinin  yanında huşsuz vəziyyətdə tapılıb. Bundan əlavə, 38 yaşlı könüllü yanğınsöndürən də fəlakətin qurbanı olub. Onun üzərinə yanğından zədələnmiş sütun düşüb. Son məlumatlara görə, ölkədə 154 meşə yanğını var. Yunanıstan hakimiyyəti və Avropa İttifaqı yanğınları iqlim dəyişikliyinin nəticələri adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun