Ukraynada kriptovalyuta ilə ödənişə icazə veriləcək

Ukraynada kriptovalyuta ilə ödənişə icazə veriləcək
7 Avqust 2021
Mətni dəyiş
Ukrayna Ali Radası tərəfindən birinci oxunuşda qəbul edilmiş “Virtual aktivlər haqqında” qanun ölkədə ödəniş vasitəsi kimi kriptovalyutalardan istifadəni leqallaşdırır. TASS xəbər verir ki, bunu Ukraynanın rəqəmsal transformasiya nazirinin müavini Aleksandr Bornyakov bəyan edib. Onun sözlərinə görə, kriptovalyutalarla ödənişi birbaşa deyil, vasitəçilərin xidmətlərindən yararlanmaqla həyata keçirmək mümkün olacaq. Bu zaman rəqəmsal pullar cari məzənnəyə uyğun şəkildə yerli valyutaya konvertasiya ediləcək. Nazir müavini vasitəçi şirkətlərin fəaliyyətinin də sözügedən qanunla tənzimləndiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun