Türkiyə İsveçrəyə nota verdi

Türkiyə İsveçrəyə nota verdi
11 Avqust 2021
Mətni dəyiş
İsveçrənin Ankaradakı müvəqqəti işlər vəkili Cenevrədə PKK/YPG terror təşkilatının strukturuna daxil olan nümayəndəliyin açılmasına görə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Türkiyə XİN məlumat yayıb. “Şimali və Şərqi Suriya Muxtar İdarəçilik Nümayəndəliyi” adlı qondarma təmsilçiliyin açılması ilə bağlı müvəqqəti işlər vəkilinə nota təqdim edilib və məsələ ilə bağlı izahat istənilib: “Bu məsələdə İsveçrə dairələri nəzdində əvvəllər də cəhdlər olduğu xatırladılaraq, bu qanlı terror təşkilatının və qruplaşmaların dərnək, ya da qeyri-hökumət təşkilatı kimi adlar altında təşviqat və legitimlik qazanmaq cəhdlərinə heç bir şəkildə icazə verilməməsi və terror təşviqatına dərhal son verilməsinin zəruriliyi vurğulanıb”. Nazirlikdən bildirilib ki, terrorla mübarizədə terror təşkilatları arasında ayrı-seçkilik edilməməlidir: “Özlərini hədəf almır deyə terror təşkilatlarına qucaq açanlara bu bəlanın bir gün onları da vura biləcəyini xatırladırıq. Ölkəmiz Aİ tərəfindən də terror təşkilatı olaraq qəbul edilən PKK və əlaqədar qruplarla mübarizəsini hər yerdə qətiyyətlə davam etdirəcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun