Tovuzdakı yanğın söndürüldü [yenilənib]

Tovuzdakı yanğın söndürüldü [yenilənib]
12 Avqust 2021
Mətni dəyiş
Tovuz rayonu, Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. Yanğın zamanı 4 ha sahədə qaratikan kolları və quru ot yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. ***** Tovuz rayonu, Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.   Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, təqribən 2 ha sahədə kol-kos yanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun