Taliblər Əfqanıstan hökuməti mətbuat xidmətinin rəhbərini qətlə yetirdi

Taliblər Əfqanıstan hökuməti mətbuat xidmətinin rəhbərini qətlə yetirdi
7 Avqust 2021
Mətni dəyiş
Kabildə Əfqanıstan hökuməti informasiya mərkəzinin rəhbəri Dava Xan Minapal qətlə yetirilib. Bu barədə “TOLONews” məlumat yayıb. Məlumata əsasən, mətbuat xidməti rəhbərinin avtomobili Darul Aman küçəsində hücuma məruz qalıb. Avtomobilin “Taliban” yaraqlıları tərəfindən gülləlbaran edildiyi bildirilib. Bir neçə gün öncə “Taliban” hökumətin yüksək vəzifəli şəxslərini hədəf alacağı barədə xəbərdarlıq edib. [embed]https://twitter.com/TOLOnews/status/1423588146407673857[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun