Taliban Türkiyə ilə əməkdaşlıq etmək istəyir

Taliban Türkiyə ilə əməkdaşlıq etmək istəyir
20 Avqust 2021
Mətni dəyiş

Taliban Türkiyəyə ilə əməkdaşlığa açıq olduqlarını bildirib.

Bu barədə Talibanın sözçüsü Süheyl Şahin danışıb.

O bildirib ki, Taliban Türkiyə ilə səhiyyə, təhsil, iqtisadiyyat, inşaat, enerji sahələrində əməkdaşlıq etmək istəyir.

O bildirib ki, bu illər ərzində Əfqanıstanda bütün sistem iflic olub və Taliban bunu bərpa etməkdə ən çox Türkiyəyə ehtiyac duyur.

Radikal “Taliban” hərəkatı tez bir zamanda Kabildəki prezident sarayından Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edəcək. Bu barədə isə “Associated Press” hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun