Kamran Bokhari Talibanın Əfqanıstanda qazandığı indiki zəfər qruplaşmanın gələcəkdəki problemlərinin başlanğıcıdır. Yeni hökumət uğursuz olacaq, çünki eyni anda həm ideoloji, həm də praqmatik olmaq olmur.
Təşkilat ideoloji əsasları kənara qoymasa, hakimiyyətdə qalması və dövləti idarə etməsi çətin olacaq. Talibanın balans yaratmaq siyasəti beynəlxalq terror qruplaşması olan İŞİD və bu kimi digər qruplar tərəfindən regional və beynəlxalq vəziyyəti təhlükəyə atacaq qədər istismar ediləcək.
Belə olduğu təqdirdə də Amerika və müttəfiqləri müharibənin qızışdığı ölkəyə geri dönməli olacaq.
Talibanı saxta bir cihadçı təşkilat olaraq qəbul edən İŞİD qruplaşmanın ideologiya və praqmatizm arasında olan daxili qarşıdurmasından yararlanmaq istəyir. Əfqanıstandakı dəyişikliklər İŞİD, Pakistanın Talibanı və Əl-Qaidə də daxil olmaqla, bir çox qrupların yaratdığı qarışıq vəziyyətdə də davam edir. Bir əmirlikmi, yoxsa xəlifəlikmi yaratmaq mövzusunda mübahisələr var. Taliban Əfqanıstanda bir islam idarəçiliyi axtarışında olsa da, İŞİD bütün müsəlman dünyası üçün tək bir dövlət istəyir.
Ancaq Talibanın yeni əmirlik inşa etməsi üçün dünyanın iqtisadi dəstəyinə ehtiyacı var. Radikal islamçı təşkilat olmalarına baxmayaraq, hər vəchlə dünyanı praqmantik olduqlarına inandırmaq istəməklərinin səbəbi də budur.