Taliban Əfqanıstanda daha 5 şəhərin nəzarətini ələ götürüb

Taliban Əfqanıstanda daha 5 şəhərin nəzarətini ələ götürüb
9 Avqust 2021
Mətni dəyiş

Amerikanın Əfqanıstandan çəkilməsindən sonra Talibanın hücumları davam edir. Məlumatlara görə, Taliban Sar-i Pul da daxil olmaqla daha 5 şəhərin nəzarətini ələ keçirib.

Rəsmilər Kunduz şəhərinin də ələ keçirildiyini bildiriblər ki, bu da Kabilin ciddi məğlubiyyəti kimi qəbul olunur. Buna baxmayaraq, Kunduz 2015-2016-ci illərdə də Talibanın nəzarətində olmuşdu.

Taliban 2 həftə əvvəl başlatdığı hücumlardan sonra Cüzcanın mərkəzi Şibirgan şəhərini də ələ keçirib.

Məlumatlara görə, ABŞ Hərbi Hava Qüvvələri irəliləyən Taliban mövqelərinə hava hücumları təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun