Şahmar Mövsümov: “Ölənlərin 99 faizi vaksin olmayan insanlardır”

Şahmar Mövsümov: “Ölənlərin 99 faizi vaksin olmayan insanlardır”
20 Avqust 2021
Mətni dəyiş

“Heç kəsdə vaksinə görə hər hansı bir xəstəlik əmələ gəlməyib”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, peyvəndləmə prosesinə elmi əsaslara söykənərək başlanılıb:

“Ölənlərin 99 faizi vaksin olmayan insanlardır. Vaksinin effektiv olması heç kəsdə şübhə doğurmamalıdır”. Prezidentin köməkçisi əlavə edib ki, bu gün hər hansı bir sərtləşməyə getməyə ehtiyac yoxdur.

Onun sözlərinə görə, hazırda xəstələnənlərin öhdəsindən gələ bilinir: “Əgər biz hiss etsək ki, həkimlər çatdıra bilmir, o zaman növbəti addımlarda sərtləşmə müzakirə oluna bilər".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun