Səhiyyə Nazirliyi: "Tibbi personal əsasən qadınlardır, növbələri onların tənzimləməsi çətindir"

Səhiyyə Nazirliyi: "Tibbi personal əsasən qadınlardır, növbələri onların tənzimləməsi çətindir"
24 Avqust 2021
Mətni dəyiş

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Səhiyyə Nazirliyidən verilən məlumata görə, vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur.

Peyvənd məntəqəsindəki tibb işçilərinin vəzifəsi onlayn növbə ilə poliklinikaya yaxınlaşan vətəndaşları peyvəndləməkdən ibarətdir. Tibbi personalın əsasən qadınlardan ibarət olmasını nəzərə alsaq, poliklinikaların həyətində yaranan növbənin onlar tərəfindən tənzimlənməsi çox çətindir. Bu işdə yardım üçün tibb müəssisələri yerli icra orqanlarına müraciət edəcək.

Belə halların baş verməməsi üçün vətəndaşlarımızdan bir daha xahiş edirik ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun