Rusiyalı FTX polkovnikinin İtaliyada mərmər və qızıl mebelli villası tapılıb

Rusiyalı FTX polkovnikinin İtaliyada mərmər və qızıl mebelli villası tapılıb
11 Avqust 2021
Mətni dəyiş

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bank idarəsi rəhbərinin keçmiş müavini polkovnik Dmitri Frolovun xaricdə bahalı daşınmaz əmlakı üzə çıxıb.

Bu barədə "Kommersant" nəşri məqalə dərc edib. Məlumata görə, Frolov İtaliyanın Komo gölü sahilində 4 mərtəbəli lüks villaya sahibdir.

Məqalədə deyilir ki, polkovnikin villası dəbdəbəli mərmərlə üzlənib, interyerdəki mebellər isə xalis qızılla bəzədilib. Evin vanna otağında dəyəri 2.5 min avro olan asılqanlar quraşdırılıb.

Polkovnikin vəkili əmlakın onun müvəkkili tərəfindən deyil, atası tərəfindən alındığını bildirib.

Hazırda Frolov ev dustaqlığındadır. O, himayədarlıq müqabilində rüşvət almaqda və dələduzluqda ittiham olunur.

Keçmiş FTX əməkdaşı özünün günahsız olduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun