RT kanalı əfqanıstanlı qaçqınların şəkillərini montaj edərək onlara silah əlavə edib

RT kanalı əfqanıstanlı qaçqınların şəkillərini montaj edərək onlara silah əlavə edib
26 Avqust 2021
Mətni dəyiş
"Rossiya Segodnya" dövlət agentliyinin strukturuna daxil olan RT telekanalı Əfqanıstandan olan qaçqınların şəkillərini onlara silah əlavə edərək yenidən redaktə edib. https://twitter.com/JimmySecUK/status/1430665629305081859?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1430665629305081859%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.currenttime.tv%2Fa%2Fphotoshop-rt%2F31429140.html Reuters-in orijinal fotosunda taliblərin Əfqanıstanın paytaxtı Kabilə girməsindən sonra Belçikanın Melsbruk şəhərindəki hərbi bazaya gələn kişi, qadın və uşaqlar əks edilib. [caption id="attachment_107228" align="alignnone" width="728"] People who have been evacuated from Afghanistan arrive at Melsbroek military airport after Taliban insurgents entered Afghanistan's capital Kabul, Melsbroek, Belgium, August 25, 2021. REUTERS/Johanna Geron TPX IMAGES OF THE DAY[/caption] Redaktə edilmiş görüntü RT-nin ingilis dilli rəsmi Twitter hesabında (2,9 milyon abunəçi) paylaşılıb. RT-nin paylaşımındakı fotoda insanların bel çantalarına Kalaşnikov avtomatları, qumbaraatan və raket atıcısı əlavə edilib. Tvitdə deyilir: "Bəzi terrorçular Əfqanıstandan pulsuz bilet alırlar?" Daha sonra heç bir keçid linki təqdim edilmədən Amerikanın “Defence One” portalına istinadən anonim "Amerika hökumətinin nümayəndəsi"ndən sitat gətirilib. “Təxliyə edilən yüzə yaxın əfqan xüsusi xidmət orqanlarının nəzarət siyahısındadır”, - sitatda belə deyilir. Fotoya şaquli bir başlıq da əlavə edilib: "Xəbərdarlıq: Fotoşoplanmış şəkil". Ancaq bu xəbərdarlığı görmək elə də asan deyil: şriftin hündürlüyü iPhone telefonunda bir millimetrdir. Ən az 166 bəyənmə qazanan tvit artıq silinib. Bunun bir surəti İnternet arxivində saxlanılıb. RT tvitdə fotomontajın istifadə edilməsinin və ya onun silinməsinin səbəbini açıqlamayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun