Ramzan Kadırov 'ən yaxşı mobil müxbir' elan edilib

Ramzan Kadırov 'ən yaxşı mobil müxbir' elan edilib
11 Avqust 2021
Mətni dəyiş

"Ramzan Kadırov bağında yaşayan canlıların əks olunduğu eksklüziv video görüntülər də təqdim edib".

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "Qrozniy" telekanalı tərəfindən 45 min rubl dəyərində mükafata layiq görülüb. Bu barədə telekanal məlumat verib.

Mükafat ölkə başçısına keyfiyyətli kontent və respublikada baş verənlərin işıqlandırılmasında göstərdiyi əməkdaşlığa görə təqdim edilib.

"Ramzan Kadırov bizim üçün əlçatan olmayan yerlərdən adətən ekstremal şəraitdə çəkilən ən eksklüziv reportajlar göndərdiyinə görə bu mükafata layiq görülüb. Telekanalın xüsusi mobil müxbiri Ramzan Kadırov həmçinin öz bağçasında yaşayan canlıların əks olunduğu eksklüziv videokadrları da bizə təqdim edib. Xüsusilə regionun başçısı izləyiciləri öz tutuquşusu ilə tanış edib", - deyə telekanal bildirib.

Bundan əvvəl də müxbirlər arasında müsabiqə elan edilib. Kadırov bir neçə dəfə teleradio şirkətinin mobil müxbiri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun