Qəbələdəki yanğının söndürülməsinə helikopter cəlb olunub [yenilənib]

Qəbələdəki yanğının söndürülməsinə helikopter cəlb olunub [yenilənib]
11 Avqust 2021
Mətni dəyiş

Qəbələ rayonu Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tədbirlər davam etdirilir. 

FHN-dən verilən məlumata görə, yanğının söndürülməsini sürətləndirmək məqsədilə nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 4 hektar sahədə quru ot və kol-kos yanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun