Polşa ölkəsinə qayıtmaq istəməyən belaruslu atletə humanitar viza verib

Polşa ölkəsinə qayıtmaq istəməyən belaruslu atletə humanitar viza verib
4 Avqust 2021
Mətni dəyiş

Polşa Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edib, Belarus Olimpiya Komitəsini tənqid etdiyi üçün ölkəsinə göndərilməyə məcbur edilən 24 yaşlı belaruslu idmançı Kristina Timanovskayaya humanitar viza verib.

Bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Polşa idman karyerasını davam etdirməsi üçün Timanovskayaya hər cür kömək göstərəcək.

“Timanovskayanı zorla geri qaytarmaq cəhdi Lukaşenko rejiminin repressiv tədbirlərinin daha bir nümunəsidir”, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Josep Borrellin mətbuat xidmətinin avqustun 2-də yaydığı məlumatda bildirilir.

Beynəlxalq Olimpiya Komitəsi belaruslu atlet Kristina Timanovskayanın Tokioda “təhlükəsiz və salamat” olduğunu deyir.

“O, bizi təhlükəsiz və salamat olmasına inandırıb. Bu səhər yenə onunla danışacaq, növbəti addımları müzakirə edəcəyik. Ona qulaq asmalı, nə istədiyini anlamalı və qərarını dəstəkləməliyik”, – BOK sözçüsü Mark Adams deyib.

BOK onu da bildirib ki, Belarus Olimpiya Komitəsindən idmançının iddialarına tam cavab istəyib.

Belarus Olimpiya Komitəsinin rəhbəri prezident Aleksandr Lukaşenkonun oğlu Viktor Lukaşenkodur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun