"Pilotsuz döyüş aparatımızı hazırlaya bilərik" - Selçuk Bayraktar

"Pilotsuz döyüş aparatımızı hazırlaya bilərik" - Selçuk Bayraktar
30 Avqust 2021
Mətni dəyiş
““Akıncı” 4 ilə hazır oldu. Bu pilotsuz döyüş aparatı 10 ildir xəyalımızdır. Çox daha böyük əminliklə deyə bilərik ki, artıq pilotsuz döyüş təyyarəmizi də hazırlaya bilərik”. Bunu “Baykar Texnologiya”nın təsisçisi Selçuk Bayraktar bildirib. Baykar Akıncı Pilotsuz Uçuş Aparatı (TİHA) Təkirdağın Çorlu mahalında Çatdırılma və Kurs Tamamlanma Mərasimindən sonra “Baykar Texnologiya”nın qurucusu Selçuk Bayraktar jurnalistlərin suallarını cavablandırıb. “Komandamızın üzərində çalışdığı pilotsuz uçuş aparatı Türkiyənin ən strateji və ən böyük PUA-sıdır. Dünyada bu sinifdə yalnız bir neçə ölkə var. Türkiyə pilotsuz uçuş aparatlarını inkişaf etdirə biləcək 3 ölkə arasındadır. Komandamız çox gəncdir, 1500 nəfərlik qrupdan ibarətik. Mən böyük qardaşları kimiyəm. Bu, Türk mühəndisliyinin fürsət verildikdə və səylə çalışıldığı zaman nələr edə biləcəyinin göstəricisidir. Dünyaya baxanda görürük ki, gənclər daim yeni texnologiyalar yaradırlar. “Akıncı” da onlardan biridir. Yüksək texnologiyalı iş”, - Bayraktar verdiyi açıqlamada deyib. “Buradan əldə etdiyimiz təcrübə ilə pilotsuz döyüş aparatı üzərində də işləyirik” deyən Bayraktar əlavə edib: “Əlbəttə ki, bir yandan “Akıncı”nın silsilə istehsalı da davam edir. Bayraktar TB2 10-dan çox ölkə ilə ixracat razılaşması imzalayıb. Həmçinin hazırda Türkiyə xaric 4 ölkədə istifadə edilir. Hərdən tələbləri çatdırmaqda çətinlik çəkirik. “Akıncı”ya da ciddi tələb var. Bu qurğuda 100-dən çox kompüter mövcuddur və onları biz dizayn etmişik. Əslində bu, bir uçan robotdur. Bir tərəfdən baxanda əzəmətli gövdəsi var, amma bizim üçün kompleks kompüterlərdən ibarət rəqəmsal bir robotdur. Pilotsuz döyüş aparatı yaradarkən bir mənada bu günə qədər yaratdığımız bütün sistemləri başqa bir vücuda transfer edirik. Dolayısı ilə bizim üçün sadəcə bir adaptasiya məsələsidir. Onların proqram təminatı müəyyən dərəcədə dəyişəcək və dronu idarə edəcəklər”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun