Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyi irəli sürüldü

Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyi irəli sürüldü
2 Avqust 2021
Mətni dəyiş
Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyası Baş nazir əvəzi Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini rəsmi olaraq irəli sürüb. Ermənistan mətbuatının verdiyi məlumata görə, fraksiyanın katibi Nazeli Baqdasaryan parlament çoxluğunun qərarını özünün “Facebook” səhifəsində paylaşıb. Ermənistan Konstitusiyasına əsasən, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi yubanmadan Baş nazir vəzifəsinə təsdiqləyir. Qeyd edək ki, yeni seçilmiş Ermənistan parlamentinin bu gün ilk iclası keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun