Oqtay Gülalıyevin vəziyyətinin pisləşməsinin səbəbi açıqlandı

Oqtay Gülalıyevin vəziyyətinin pisləşməsinin səbəbi açıqlandı
7 Avqust 2021
Mətni dəyiş
EGE Hospitalın həkimləri tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin qan analizindən sonra müəyyən ediblər ki, onun vəziyyətinin pisləşməsinin səbəbi qarın boşluğuna infeksiyanın düşməsidir. Bu barədə Turan-a onun yaxınları bildiriblər. Mütəxəssis tərəfindən müayinədən və əlavə tomoqrafik tədqiqatdan sonra növbəti müalicəyə dair qərar qəbul ediləcək. Ola bilsin ki,  orqanizmin infeksiyadan təmizlənməsi üçün cərrahi müdaxilə lazım gəlsin. İndiki mərhələdə fəala antibiotiklər və digər dərmanlar vurulur. Oqtay Gülalıyevin bu gün vəziyyəti ağır olaraq qalır, lakin təzyiqi normallaşıb, temperaturu enib. Həkimlərin rəyinə görə, beyində heç bir problem yoxdur. Avqustun 6-da axşam İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Gülalıyevin vəziyyəti haqda məlumat verib. Məlumatda deyilir ki, o, müayinə və müalicə üçün EGE Hospitala yerləşdirilib. “Hazırda bu müalicə müəssisəsində instrumental və laborator araşdırmalar aparılır. Həkimlər reanimasiyaya yerləşdirilən xəstənin vəziyyətini sabit və ağır hesab edirlər", - məlumatda deyilir. Avqustun 5-də qastronomiya borusunun çıxmasından sonra hüquq müdafiəçisinin vəziyyəti pisləşib. Gündüz temperaturu kəskin şəkildə yüksəlib. 2019-cu ilin oktyabrında Oqtay Gülalıyev avtomobillə vurulduqdan bir neçə saat sonra komaya düşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun