Nyu-York qubernatoru cinsi zorakılıq ittihamlarına görə istefa verəcəyini açıqlayıb

Nyu-York qubernatoru cinsi zorakılıq ittihamlarına görə istefa verəcəyini açıqlayıb
11 Avqust 2021
Mətni dəyiş

Nyu-York məhkəməsi ötən həftə qubernator Endryu Kuomonun bir neçə qadına qarşı seksual zorakılıq etməsi barədə faktlar ortaya çıxarıldığını bəyan edib.

Seksual qısnamada ittiham olunan Nyu-York qubernatoru 14 gün ərzində istefa verəcəyini bəyan edib. 63 yaşlı Endryu Kuomo avqustun 10-da televiziya ilə yayımlanan çıxışında qadınlara qarşı heç bir hörmətsizlik etmədiyini və bu siyasi motivli hücuma qarşı aylarla davam edəcək mübarizənin hökumətin işinə ziyan vuracağını bildirib. O qeyd edib ki, buna səbəbkar ola bilməz: "İndi kömək edə biləcəyim ən yaxşı şey, kənara çəkilib hökumətin yenidən hökumətə dönməsinə imkan yaratmaqdır”, - Kuomo deyib. Nyu-York məhkəməsi ötən həftə onun bir neçə qadına qarşı seksual zorakılıq etməsi barədə faktlar ortaya çıxarıldığını bəyan edib. Prokuror Litisia Ceyms (Letitia James ) onun yerli federal qanunları pozduğunu elan edib.
Söhbət, öz ofisinin əməkdaşı da daxil olmaqla, seksual zorakılığa məruz qalmış 11 qadından gedir. Amma o, ittihamları rədd edir. Demokrat Partiyasının üzvü olan Kuomo bu vəzifəyə ilk dəfə 2011-ci ilin yanvarında seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun