NATO tarixində ilk dəfə alyansa Baş katib olaraq qadın seçilə bilər

NATO tarixində ilk dəfə alyansa Baş katib olaraq qadın seçilə bilər
11 Avqust 2021
Mətni dəyiş

NATO tarixində ilk dəfə alyansa Baş katib olaraq qadın seçilə bilər. 

Bu haqda İspaniyanın "El Pais" qəzeti xəbər yayıb. Məlumata görə, NATO-nun gələn il Madriddə keçirilməsi gözlənilən zirvə görüşündə yeni Baş katib seçiləcək.

Qəzet yazır ki, hərbi alyansın tərkibində hazırki Baş katib Yens Stoltenberqi bir qadının əvəz etməsi ilə bağlı ümumi razılıq mövcuddur.

Yeni Baş katibin axtarışları ilə bağlı danışıqlar payızda başlayacaq. Lakin bununla belə hərbi alyansa üzv olan ölkələrdə namizədlərin adları çəkilməyə başlayır.

"El Pais" nəşrinin versiyasına görə, alyansın Baş katibi vəzifəsinə namizədlər sırasında Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə keçmiş Xüsusi Nümayəndəsi Federika Moqerini, Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer, Litvanın keçmiş prezidenti Dalya Qribauskayte, Estoniya prezidenti Kersti Kalyulayd, Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç var.

Yens Stoltenberq 2014-cü ilin noyabrın 1-dən NATO-nun Baş katibi vəzifəsini icra edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun