MN: “Azərbaycanın hərbi qulluqçusu intihar edib”

MN: “Azərbaycanın hərbi qulluqçusu intihar edib”
28 Avqust 2021
Mətni dəyiş
Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib: “Qeyd edirik ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatını açıqlamır. Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun