Milli Məclisin deputatları tətildən qayıdıblar

Milli Məclisin deputatları tətildən qayıdıblar
30 Avqust 2021
Mətni dəyiş

Azərbaycan Milli Məclisinin deputatları bu gün tətildən qayıdıblar.

Milli Məclisin daxili nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.

Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabr ayından başlanılacaq.

Konstitusiyaya uyğun olaraq, Milli Məclis hər il yaz və payız sessiyalarına toplaşır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun