"Koronavirus Çində laboratoriyadan sızıb" – Respublikaçılar hesabat yaydı

"Koronavirus Çində laboratoriyadan sızıb" – Respublikaçılar hesabat yaydı
2 Avqust 2021
Mətni dəyiş
ABŞ-da respublikaçıların bazar ertəsi – avqustun 2-də yaydıqları hesabatda bildirilir ki, kifayət qədər dəlil COVID-19 pandemiyasına səbəb olmuş virusun Çində tədqiqat obyektindən sızdığını göstərir.  Bu haqda yazan “Reuters” agentliyi ABŞ kəşfiyyat agentlikləri belə bir qənaətə gəlmədiyini qeyd edir. Hesabatda “çoxlu dəlilə” istinadla deyilir ki, Vuhan Virusologiya İnstitutunun alimləri ABŞ və Çin ekspertlərinin köməyi və ABŞ hökumətinin vəsaitilə koronavirusları insanı yoluxdurmaq üçün modifikasiya etməyə çalışıblar və belə bir manipulyasiya gizlədilə bilərdi. Hesabatı Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin aparıcı respublikaçı üzvü Mayk Makkol açıqlayıb. Sənəddə COVID-19 pandemiyasının mənşəyi üzrə hər iki partiyanın iştirakıyla araşdırma aparmaq çağırışı yer alıb. İndiyədək pandemiya dünyada 4.4 milyon nəfərin ölümünə səbəb olub. Mayk Makkol Çin genetikası dəyişdirilmiş koronavirusun Vuhandakı obyektdən sızdırılması versiyasını rədd edir. Bəzi ekspertlər bu təsdiqlənməmiş nəzəriyyəyə inanırlar. Pekin isə nəyisə ört-basdır etməsilə bağlı iddiaları təkzib edir. Bir qisim ekspertlərin fikrincə isə pandemiyaya Vuhanda dəniz məhsulları satılan bazarda heyvan virusunun insanlara keçməsi səbəb olub. “Diri heyvan bazarının pandemiyanın mənşəyi kimi tamamilə kənara atılmasının vaxtının çatdığına inanırıq. Eyni zamanda inanırıq ki, daha çox dəlil virusun Vuhan Virusologiya İnstitutundan, həm də 2019-cu il sentyabrın 12-dək sızdığını göstərir”, hesabatda deyilir. Hesabatda laboratoriyada təhlükəsizlik qaydalarına dair yeni, indiyədək tam işıqlandırılmamış informasiyaya istinad olunur. Məsələn, 2019-cu ilin iyulunda obyektdə təhlükəli vəziyyətdə olan tullantıların emalı sisteminin təmiri üçün 1.5 milyon dollar istənilib. Onda obyekt heç iki il deyildi istismarda idi. Apreldə isə ABŞ-ın baş kəşfiyyat agentliyi virusun insan tərəfindən hazırlanmadığı, genetikasının dəyişdirilmədiyi haqda elmi qənaətlə razılaşdığını açıqlayıb. Bununla belə, Prezident Co Bayden mayda ölkənin kəşfiyyat agentliklərinə göstəriş verdi ki, virusun mənşəyi üzrə təhqiqatı sürətləndirsinlər, 90 gün ərzində məruzə hazırlasınlar. Co Bayden Amma mövcud kəşfiyyat dəyərləndirmələri ilə tanış mənbənin agentliyə deməsinə görə, ölkənin kəşfiyyat cameəsi virusun heyvanlardan keçməsi, yaxud laboratoriyadan sızmasına dair hələlik bir qənaətə gəlməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun