Kanadada Katolik Kilsəsinin statusunun ləğvi üçün kampaniya başladıldı

Kanadada Katolik Kilsəsinin statusunun ləğvi üçün kampaniya başladıldı
7 Avqust 2021
Mətni dəyiş
Kanadada Katolik Kilsəsinin xeyirxahlıq qurumu statusunun ləğvi üçün imzatoplama kampaniyasına start verilib. Məlumata görə, change.org portalı vasitəsilə açılan petisiyaya artıq minlərlə insan qoşulub. Kampaniyanın başladılımasına səbəb isə Kilsənin internat məktəbləri məsələsindəki mövqeyi olub. Son aylarda Kanadanın müxtəlif bölgələrində Kilsənin nəzarəti altında olan internat məktəblərinin yaxınlığında minlərlə azyaşlının dəfn edildiyi kütləvi məzarlıqlar aşkar olunub. Ölkənin yerli aborigenlərinin dəfn edildiyi uşaq qəbristanlıqları ictimaiyətdə ciddi narazılıq yaradıb. Kanadanın Baş naziri Castin Trüdo baş verənləri ölkə tarixinin ən qaranlıq və rüsvayçı səhifələri adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun