İranın yeni Prezidenti and içdi

İranın yeni Prezidenti and içdi
3 Avqust 2021
Mətni dəyiş
İranın yeni seçilmiş Prezidenti İbrahim Rəisi and içib. “Mehr” agentliyi xəbər verir ki, bu gün baş tutan mərasim İranın ali lideri Seyid Əli Xameneyinin iştirakı ilə keçirilib. Məlumata əsasən, mərasim İranın telekanalları və “Khamanei.ir” saytı vasitəsilə canlı yayımlanıb. Bildirilir ki, İbrahim Rəisinin vəzifə səlahiyyətlərinin başlanğıcı olan bu mərasimdə prezidentlik müddəti başa çatan Həsən Ruhani, Ali Məhkəmənin sədri Möhsün Ejei, parlamentin sədri Baqer Qalibaf, xarici işlər naziri Məhəmməd Cavad Zərif, İslam Respublikası ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti, prezidentliyə keçmiş namizədlər və bir sıra digər vəzifəli şəxslər iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun