İrandakı əfqan qadınlar “Taliban”a etiraz etdi

İrandakı əfqan qadınlar “Taliban”a etiraz etdi
17 Avqust 2021
Mətni dəyiş
İranda yaşayan Əfqan qadınlar Qum şəhərinin küçələrinə çıxaraq Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatına etiraz ediblər. Bu barədə İranın ISNA agentliyi məlumat yayıb. Mənbə qeyd edir ki, Qum şəhərində yerləşən Fatimeyi Məsumə ziyarətgahının yaxınlığına toplaşan etirazçılar “Taliban”ın Əfqanıstan şəhərlərini ələ keçirilməsinə kəskin etirazlarını ifadə ediblər. Əfqanıstanla İran həmsərhəd ölkələrdir. Son məlumata əsasən, İranda bir milyona yaxın Əfqan qaçqın yaşayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun