İran İsrailə aid gəmiyə hücum etməkdə ittiham olunur

İran İsrailə aid gəmiyə hücum etməkdə ittiham olunur
3 Avqust 2021
Mətni dəyiş

Ərəbistan dənizində Liberiya bayrağı altında üzən İsrailə aid gəmi hücuma məruz qalıb. 

İsrailli iş adamı Eyal Oferin sahib olduğu, İngiltərənin "Zodiac Maritime" dənizçilik şirkətinə aid "M/T Mercer Street" gəmisi Ərəbistan dənizində hücuma məruz qalıb.

İsrailin Baş naziri Naftali Bennet bildirib ki, hücumun arxasında İran dayanıb.

O bildirib ki, hücum pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilib.

Bennetin açıqlamalarından sonra İrana qarşı beynəlxalq təzyiqlər artıb.

ABŞ Dövlət Departentinin rəhbəri Entoni Blinken deyib ki, hücumun arxasında İranın olduğu dəqiqdir və qarşılıq verilməsi müzakirə olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun