İlham Əliyevin Dövlət Neft Şirkətinə təyin etdiyi vitse-prezidentlər kimlərdi?

İlham Əliyevin Dövlət Neft Şirkətinə təyin etdiyi vitse-prezidentlər kimlərdi?
11 Avqust 2021
Mətni dəyiş

Prezident İlham Əliyev dövlət neft şirkəti SOCAR-a iki yeni vitse-prezidentin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Bununla bağlı prezidentin saytında sənəd yayımlanıb. Məlumata görə, Kənan Təhməz oğlu NəcəfovZaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin edilib.

Zaur Qurbanov 7 avqust 2020-ci ildə yaradılan Azərbaycan İnvestisiya Holdinqində Baş icraçı direktorun müavini olub. O, buna qədər beynəlxalq audit şirkəti olan “Ernst & Young” şirkətinin Azərbaycandakı törəməsində vergi direktoru kimi çalışırıb.

[caption id="attachment_106322" align="aligncenter" width="1200"] Zaur Qurbanov[/caption]

Həmçinin, Z.Qurbanov Amerika Ticarət Palatasının təsisçi üzvlərindən biri olan EY şirkətinin Vergi və hüquq şöbəsinin meneceri kimi çalışıb.

Nəcəfov Kənan Təhməz oğlu 1975-ci ildə Bakı şəhərində anadan olub.  1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini Hüquqşünas və tərcüməçi-referent ixtisası üzrə bitirib.

O, 1999-ci ildə ABŞ-ın Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecinin Beynəlxalq biznes hüququ ixtisası üzrə magistratura pilləsini (LLM) bitirib. 2003-cü ildə ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinin Biznes inzibatçılığı (Maliyyə ixtisası) üzrə magistratura pilləsini (MBA) bitirib.

[caption id="attachment_106323" align="aligncenter" width="687"] Kənan Nəcəfov[/caption]

Kənan Nəcəfov 1996-1998-ci illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində əməliyyatlar üzrə mütəxəssis vəzifəsində çalışıb, 1999-2001-ci illərdə "Baker Botts LLP" hüquq firmasının Vaşinqton və Bakı ofislərində hüquq məsləhətçisi işləyib.

O, 2003-2008-ci illərdə BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə, 2008-2009-cu illərdə Londonda "Exane BNP Paribas" investisiya şirkətində investisiya təhlilçisi, 2009-2012-ci illərdə isə "Citigroup" İnvestisiya Bankında investisiya təhlilçisi (vitse-prezident) vəzifələrində çalışıb.

K.Nəcəfov 2012-2015-ci illərdə Bakıda "Nobel Oil Ltd" şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifəsində işləyib, 2015-ci ildən 2020-ci ilin avqustuna qədər isə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

İqtisadiyyat nazirinin 5 avqust 2020-ci il tarixli əmrinə əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Xatırlatma

Bu ilin iyulun 19-da ölkə başçısı İlham Əliyev SOCAR-ın dörd vitse-prezidentini vəzifələrindən azad edib.

Vəzifələrindən azad olunanlar SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, qurumun strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovdur.

Bundan başqa SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və vitse-prezident Mikayıl İsmayılov da vəzifələrindən azad ediliblər.

David Məmmədov və Mikayıl İsmayılov 2005-ci ildən, Tofiq Qəhrəmanov 2010-cu ildən, Bəhram Hüseynov isə 2016-cı ildən vəzifədə idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun