Hirkan Milli Parkı ilə sərhəddə dağlıq-meşəlik ərazidə yanğın baş verib

Hirkan Milli Parkı ilə sərhəddə dağlıq-meşəlik ərazidə yanğın baş verib
3 Avqust 2021
Mətni dəyiş
Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın dağlıq-meşəlik ərazidə qeydə alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində FHN-in müvafiq qurumları tərəfindən lazımı tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun