Heyvan hüquqları müdafiəçiləri Beynəlxalq Olimpiya Komitəsinə çağırış edib

Heyvan hüquqları müdafiəçiləri Beynəlxalq Olimpiya Komitəsinə çağırış edib
16 Avqust 2021
Mətni dəyiş

PETA (People for the Ethical Treatment of Animals) təşkilatından olan heyvan hüquqları müdafiəçiləri Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət ünvanlayıblar.

Bu barədə təşkilatın saytında açıqlama yayılıb. Bildirilir ki, Olimpiya Oyunları insanlar arasında yarışları nəzərdə tutur. Burada iştirak etmək istəməyən heyvanlar buna məcbur edilməməli, bəzən öz həyatları bahasına insanları əyləndirməməlidir.

PETA üzvləri BOK-u at idmanını Olimpiadanın yarış növləri siyahısından çıxarmağa çağırıb, heyvanlara qarşı zorakılığın yolverilməz olduğunu bir daha xatırladıb.

Müraciətə səbəb bu yaxınlarda başa çatmış Tokio Olimpiadasında yaşanmış insident olub. Beşnövçülükdə yarışan Annika Şloy yarışmaq istəməyən atını qamçılayaraq ona təsir göstərməyə çalışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun