Fransada polis məntəqələrində ailə-məişət cinayətlərində ixtisaslaşmış polislər olacaq

Fransada polis məntəqələrində ailə-məişət cinayətlərində ixtisaslaşmış polislər olacaq
4 Avqust 2021
Mətni dəyiş

Fransa narkotiklərlə mübarizədən daha çox ailə-məişət zəminində baş verən cinayətlərə diqqət ayıracaq.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirlik bildirib ki, məişət cinayətlərinin qarşısının alınması üçün, bu mövzu ətrafında polisə şikayətlər çox detallı şəkildə araşdırılacaq və tədbirlər görüləcək.

Məlumata görə, hər polis məntəqəsində bu sahədən olan mütəxəssis polislər təyin olunacaq.

Fransa dünyada ailə-məişət zəminində baş verən cinayətlərə görə ilk sıralarda yerləşir. 2020-ci ildə ölkədə bu tipli cinayətlərdə 102 qadın və 23 kişi qətlə yetirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun